Somalidə otelə hücum 24 saatdan sonra sona çatdı

Somalidə otelə hücum 24 saatdan sonra sona çatdı backend

Somalinin Beledueyne şəhərində terror təşkilatı "Əş-Şəbab" tərəfindən həyata keçirilən hücum əməliyyatlarla başa çatıb.

 "Əş-Şəbab" qruplaşmasının dünən bir otelə etdiyi hücum 24 saatdan çox davam edib.

Qaziler.az bildirir ki, bunu Somalidə Beledueyne bələdiyyə başçısı Ömər Alasou mətbuat konfransında bildirib.

Alasou təhlükəsizlik qüvvələrinin oteldəı keçirdiyi əməliyyatın uğurla başa çatdığını açıqlayıb.

Hücum edənlərin 6 nəfər olduğunu bildirən Alasou, onlardan dördünün özünü partlatdığını, ikisinin isə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Təhlükəsizlik qüvvələrinin oteldəki qəbilə başçıları, dövlət qulluqçuları və mülki vətəndaşları xilas etmək üçün dünəndən etibarən əməliyyat apardığını qeyd edən Alasou oteldə təhlükəsizliyin təmin edildiyini bildirib.

Dünən Somalinin cənubundakı Hiran bölgəsindəki Hirşabele əyalətinindəki "Qahirə" otelinə terror təşkilatı "Əş-Şəbab" tərəfindən təşkil edilən hücumda 7 nəfər həlak olub.

QAZİLER.AZ

Diaspora