Fransa Ukraynanı demilitarizasiya etməkdən imtina edib

Fransa Ukraynanı demilitarizasiya etməkdən imtina edib backend

Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ukraynanın silahsızlaşdırılması ilə bağlı çağırışları rədd edib və respublikanın yaxşı silahlanmış ordusunun qitənin gələcək təhlükəsizlik arxitekturasının mühüm hissəsi olacağını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Nazirin sözlərinə görə, Avropa Ukraynanın demilitarizasiyası ilə bağlı çağırışları rədd etməlidir. O, həmçinin qeyd edib ki, Fransa Ukrayna ordusunun hər hansı demilitarizasiyasından imtina edəcək.

O, həmçinin Ukraynada hər hansı mümkün atəşkəslə bağlı diqqətli planlaşdırma aparmağa çağırıb. Onun iddiasına görə tarixdə Rusiyanın belə razılaşmalara əməl etməməsi ilə bağlı təcrübəsi var.

QAZİLER.AZ

Diaspora