Trampın hakimiyyətə gəlməsi ilə yoxsullaşan milyarderlər məlum olub

Trampın hakimiyyətə gəlməsi ilə yoxsullaşan milyarderlər məlum olub backend

ABŞ prezidenti Donald Trampın inaqurasiya mərasimindən sonra itki ilə üzləşən milyarderlərin sayı açıqlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik qeyd edib ki, Trampın andiçmə mərasimində iştirak edən 5 milyarder, ABŞ lideri rəsmi olaraq vəzifəyə başladıqdan sonra ümumilikdə 209 milyard dollar itirib.

Agentliyin məlumatına görə, inauqurasiyadan sonra gəlirləri nəzərəçarpacaq dərəcədə azalan şəxslərin siyahısına İlon Mask, Ceff Bezos, Mark Zukerberq, Sergey Brin və Bernard Arnault daxildir.

Nəşr qeyd edir ki, Mask 148 milyard dollar itirərək kasıblaşıb. Digər məşhur iş adamı isə "Amazon"un qurucusu Ceff Bezos 29 milyard dollar itirib və onun şirkətinin səhmləri yanvarın 17-dən etibarən 14% ucuzlaşıb.

QAZİLER.AZ

Diaspora