ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə təzyiq göstərmək və onu danışıqlara başlamağa məcbur etmək üçün Ukraynanı “Starlink” peyk sistemlərindən ayırmalıdır.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Milli Müdafiə jurnalının baş redaktoru və hərbi analitik İqor Korotçenko “NEWS.ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Kiyev işin real vəziyyətini başa düşmür.
“Əgər ABŞ administrasiyası Zelenskini “Starlink”dən ayırmasa, onu heç bir qarşılıqlı fəaliyyət formatından məhrum etməsə, Avropadakı NATO müttəfiqlərinə təzyiq göstərməsə, sülh prosesindən real nəticələr gözləmək çətindir. Sülh danışıqları Zelenskinin mövcud reallıqları qəbul etmək istəməməsi səbəbindən ümumiyyətlə başlamaya bilər”, - Korotçenko bildirib.
O qeyd edib ki, Avropa İttifaqı yaxın bir neçə ildə Kiyevin Rusiyaya qarşı hərbi əməliyyatlar keçirmək imkanlarını gücləndirmək qərarına gəlib. Analitikin fikrincə, bu, sülh sazişlərinin əldə olunması perspektivlərini əhəmiyyətli dərəcədə sarsıdan ciddi amildir.
“Kiyev başa düşür ki, Tramp Ukraynaya hərbi yardımı dayandırsa belə, Avropa İttifaqının və Qərb koalisiyasının bir sıra digər Rusiyaya dost olmayan dövlətlərinin resursu qalır ki, bu da Zelenskiyə hərbi potensialını gücləndirməyə kömək edəcək”, - Korotçenko əlavə edib.
QAZİLER.AZ