Fransanın Ukraynaya tədarük etdiyi “Mirage 2000” qırıcıları müəyyən problemlər və məhdudiyyətlərlə üzləşir.
Qaziler.az bu barədə “19FortyFive” portalına istinadla xəbər verir.
Müəlliflərin fikrincə, əsas çətinliklərdən biri Ukrayna Hərbi Hava Qüvvələrində xidmətdə olan bu təyyarələrin sayının az olmasıdır.
“Güclü tərəflərinə baxmayaraq, “Mirage 2000” Ukrayna münaqişəsində bir sıra çətinliklər və məhdudiyyətlərlə üzləşir. Əsas problemlərdən biri mövcud təyyarələrin sayının məhdud olmasıdır. Ukraynaya çatdırılan “Mirage 2000”lərin dəqiq sayı açıqlanmasa da, çox güman ki, ilkin partiya nisbətən azdır”, - məqalədə deyilir.
Digər problemlər arasında müəlliflər fransız qırıcıları ilə ukraynalıların Sovet modelləri arasındakı fərqləri vurğulayırlar ki, bu da onların hava birləşmələrinə inteqrasiyası üçün səy tələb edir. Bundan əlavə, “Mirage 2000” qırıcılarının komponentlərinin çatışmazlığı ilə bağlı problemlər yarana bilər ki, bu da təyyarənin səmərəliliyinə təsir göstərəcək.
QAZİLER.AZ