Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolak Azərbaycana səfər edəcək. "Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Bakıya bu gün gələcək qonaq noyabrın 17-dən rəsmi görüşlərə başlayacaq.
Üç gün davam edəcək səfər zamanı S.Z.Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və bir sıra digər rəsmiləri ilə görüşlər keçirəcək.Qeyd edək ki, S.Z.Çolak Türkiyənin quru qoşunların komandanı vəzifəsinə avqustun 5-də təyin olunub.