Suriya Rusiya ilə əlaqələri saxlamaq istədiyini bəyan edib

Suriya Rusiya ilə əlaqələri saxlamaq istədiyini bəyan edib backend

Keçmiş prezident Bəşər Əsədi əvəz edən Suriya hakimiyyəti Rusiya ilə strateji əlaqələri qorumaq və münasibətlərin pozulmasına imkan verməmək istəyir.

Qaziler.az xəbər verir ki, bu barədə respublikanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa “Reuters” agentliyinə müsahibəsində bildirib.

“Biz Suriya ilə Rusiya arasında parçalanma istəmirik. Biz Rusiyanın Suriyadakı mövcudluğunun təhlükəli olmasını istəmirik, lakin dərin strateji münasibətləri qoruyub saxlamaq da istəyirik”, - deyə əl-Şaraa qeyd edib.

O, əlavə edib ki, Dəməşq və Moskva arasında illər ərzində çox sıx əlaqələr yaranıb, ona görə də Əsədin devrilməsindən sonra yeni hakimiyyət Rusiya ilə dialoqa yer ayırmaq qərarına gəlib.

QAZİLER.AZ

Diaspora