Pentaqon qolf oyunlarına milyonlarla dollar pul xərcləyir - "The Intercept"

Pentaqon qolf oyunlarına milyonlarla dollar pul xərcləyir - "The Intercept" backend

ABŞ Müdafiə Nazirliyi Prezident Donald Tramp administrasiyasının federal hökumət xərclərini azaltmaq səylərinə baxmayaraq, hərbi qolf meydançalarının saxlanması üçün büdcə vəsaiti ayırmağa davam edir.

Qaziler.az xəbər verir ki, bu barədə “The İntercept” məlumat dərc edib.

Nəşr Pentaqonun təxminən 145 qolf meydançasına sahib olduğunu və son onilliklər ərzində onların saxlanmasına yüz milyonlarla dollar sərmayə qoyduğunu qeyd edib.

“ABŞ ordusu hal-hazırda Almaniyanın Ramştayn aviabazasındakı qolf meydançasında 35 qum tələsinin təkmilləşdirilməsinə sərmayə yatırmaq istəyir Həmçinin Nyu-Meksikodakı Cannon Hərbi Hava Qüvvələri bazasında qolf meydançası üçün kompost almaq niyyətindədir. Ordu, öz növbəsində, “West Point” (Nyu-York ştatı) ABŞ Hərbi Akademiyasında qolf meydançasının klub binasını saxlamaq üçün müqavilə imzalamağı planlaşdırır”, - nəşr yazıb.

QAZİLER.AZ

Diaspora