ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri bu həftə Səudiyyə Ərəbistanında rusiyalı və ukraynalı həmkarları ilə ayrı-ayrılıqda görüşəcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ hökumətinin məlumatlı mənbəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ciddədə ABŞ dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və Ukrayna tərəfi arasında danışıqlar planlaşdırılır. Rusiya nümayəndələri ilə də ayrıca təmasların olacağı gözlənilir, lakin mənbə hansı səviyyədə olduğunu açıqlamayıb.
QAZİLER.AZ