Mask Polşa xarici işlər nazirini "Sorosun kuklası" adlandırdı

Mask Polşa xarici işlər nazirini "Sorosun kuklası" adlandırdı backend

Amerikalı iş adamı İlon Mask Polşanın xarici işlər naziri Radoslav Sikorskini amerikalı milyarder Corc Sorosun kuklası adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Mask bu açıqlamanı siyasətçi ilə mübahisə zamanı verib. Amerikalı iş adamı başqa bir sosial media istifadəçinin Sorosla Sikorskinin dostluğu ilə bağlı şərhinə belə cavab verib:

“Bəli, o (Sikorski) Sorosun kuklasıdır”, - deyə Mask yazıb.

QAZİLER.AZ

Diaspora