Ukraynanın Aqrar Siyasət Nazirliyi tərəfindən sənaye çətənəsinin becərilməsi və emalının asanlaşdırılması üçün elektron sistem işə salınıb.
Qaziler.az xəbər verir ki, bu barədə idarənin rəhbəri Vitali Koval teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, dövlət reyestrləri ilə inteqrasiya nəzərdə tutulub.
“Biz “e-Çətənə” elektron sistemini işə salırıq – şəffaf və açıq kənd təsərrüfatı bazarına doğru daha bir addım! 2025-ci il martın 10-dan sənaye çətənəsinin becərilməsi və emalı ilə məşğul olan hüquqi şəxslər rahat rəqəmsal sistemdə işləyə biləcəklər”, - Kovalın açıqlamasında deyilir.
QAZİLER.AZ