Zelenski Trampdan ÜZR İSTƏYİB

Zelenski Trampdan ÜZR İSTƏYİB backend

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 28-də Ağ Evin Oval kabinetində baş verən insidentə görə ABŞ lideri Donald Trampdan üzr istəyib.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ukraynalı siyasətçi ona müvafiq məktub göndərib.

“Zelenski prezidentə məktub göndərib. O, ofisdə baş verən hadisəyə görə üzr istəyib. Düşünürəm ki, bu, vacib bir addım idi”, - Uittkoff deyib.

O, əlavə edib ki, mübahisədən sonra Zelenski və Trampın komandaları bir çox şeyi müzakirə ediblər. Uitkoff bunun ABŞ-Ukrayna münasibətlərində irəliləyiş olduğunu deyib və uğursuzluqla nəticələnən nadir torpaq metalları sazişinin tamamlanacağına ümid etdiyini bildirib.

QAZİLER.AZ

Diaspora