Danimarka öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib. Onun sözlərinə görə, Kopenhagen sülhü dəstəkləmək üçün ümumavropa səyləri çərçivəsində missiyaya qoşulacaq.
“Əgər söhbət atəşkəs və ya sülhlə bağlı razılığa gəlmək üçün Avropanın iştirakının lazım olduğu nöqtəyə gəlirsə, o zaman Danimarka, prinsipcə, buna hazırdır”, - deyə danimarkalı nazir bildirib.
QAZİLER.AZ