ABŞ və Rusiya dövlət başçıları Donald Tramp və Vladimir Putin arasında görüş üçün hələlik konkret tarix təyin edilməyib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı ilə söhbətində bildirib.
O, qeyd edib ki, tərəflər son tarixlərin müəyyən edilməsi üzərində işləməyə davam edirlər.
“Tramp və Putin arasında görüş üçün konkret tarix müəyyən edilməyib”, - Rubio deyib.
QAZİLER.AZ