Almaniyanın Münhen şəhərində tramvayla uşaqları daşıyan avtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə martın 10-da Merkur.de qəzeti məlumat yayıb.
“Qəza nəticəsində 9-u uşaq olmaqla, ümumilikdə 11 nəfər yaralanıb”, – nəşrin polisə istinadən verdiyi məlumatında deyilir.
Yaralılar arasında müəllim və avtobus sürücüsü də var. Xilasedicilərin verdiyi məlumata görə, o, ağır bədən xəsarətləri alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları avtobusun çox güman ki, Steubenplatz istiqamətində dönməyə cəhd etdiyini və qarşıdan gələn tramvayla toqquşduğunu müəyyən ediblər.
Nəticədə tramvay tamamilə relsdən çıxıb və avtobusa xeyli ziyan dəyib.
Toqquşmanın səbəbi hələlik məlum deyil.
QAZİLER.AZ