ABŞ-nin Ukraynaya yardımı başa çatdıqdan sonra Kiyevdə Ağ Ev rəhbəri Donald Trampın adını daşıyan iki kafenin adı dəyişdirilib,
Qaziler.az bildirir ki, bu barədə "The Sun" qəzeti yazır.
Söhbət "Trump Coffee Bar" və "Trump Pizza Station"dan gedir. Eyni zamanda, ilk müəssisənin sahibi Facebook-da qeyd etdi ki, indi o, "Frank Coffee Bar" adlanır.
"Adını dəyişirik, amma eyni qalır. Rebrendinq zamanıdır və indi müəssisəmizin yeni adı var - FRANK", - məlumatda deyilir.
QAZİLER.AZ