Tramp Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna görüşü ilə bağlı: Böyük hadisələr ola bilər

Tramp Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna görüşü ilə bağlı:  Böyük hadisələr ola bilər backend

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə keçiriləcək danışıqlardan müsbət nəticələr gözlədiyini bildirib.

Qaziler.az bildirir ki, bu barədə "Fox News" xəbər verir.

O, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında martın 11-də Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan danışıqlardan müsbət nəticələr gözlədiyini bildirib. Görüş zamanı nümayəndə heyətləri Ukraynanın müharibəni dayandırmaq üçün Rusiyanın xeyrinə maddi güzəştlərə hazır olub-olmadığını müəyyən etməlidir.

"Düşünürəm ki, biz bu həftə əhəmiyyətli irəliləyiş əldə edəcəyik", - Tramp deyib.

Bundan əlavə, görüşdə ABŞ-a Ukraynanın nadir torpaq ehtiyatlarına çıxış əldə etməyə imkan verəcək faydalı qazıntıların çıxarılmasına dair saziş müzakirə olunacaq.

"Onlar mədən sazişi imzalayacaqlar, amma mən onların sülh istəmələrini istəyirəm... Onlar bunu lazım olan dərəcədə nümayiş etdirməyiblər", - Tramp deyib.

QAZİLER.AZ

Diaspora