Alman qırıcıları ABŞ tərəfindən BLOKLANA BİLƏR

Alman qırıcıları ABŞ tərəfindən BLOKLANA BİLƏR backend

Almaniya ABŞ-ın "F-35" qırıcılarını uzaqdan deaktiv edə biləcəyindən narahatdır.

QAZİLER.AZ  Musavat.com-a ustinadən  xəbər verir ki, Almaniya ABŞ-ın ölkənin aldığı "F-35" qırıcılarını uzaqdan deaktiv edə biləcəyindən narahatdır. Bu qorxular “Kill Switch” (Söndürmə Mexanizmi) adlanan sistemlə bağlıdır ki, bu da hər hansı münaqişə zamanı "F-35"lərin fəaliyyətini istənilən an bloklamağa imkan verə bilər.

Almaniyanın "Hensoldt" müdafiə konserninin nümayəndəsi Yoahim Şranzhofer bildirib ki, bu mexanizm sadəcə bir ehtimal və ya şayiə deyil. Onun sözlərinə görə, bloklama yalnız daxili sistemlər vasitəsilə deyil, həm də döyüş missiyalarının planlaşdırılması sistemi üzərindən həyata keçirilə bilər. Bu isə o deməkdir ki, qırıcıların hətta havaya qalxmasının qarşısı alına bilər.

Münhen Təhlükəsizlik Konfransının prezidenti Volfqanq İşinger hesab edir ki, Vaşinqtonun "F-35"lərin fəaliyyətini məhdudlaşdırmaq riski varsa, Almaniya bu təyyarələrin alınması ilə bağlı müqaviləni yenidən nəzərdən keçirməlidir.

Almaniya hökuməti hazırda müqaviləyə yenidən baxılmasını və ya ABŞ-dan əlavə təminatların verilməsini nəzərdən keçirir.

Diaspora