Hamburq hava limanında uçuşlar ləğv edildi

Hamburq hava limanında uçuşlar ləğv edildi backend

Almaniyanın Hamburq hava limanında bütün uçuşlar dayandırılıb.

QAZİLER.AZ  Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb "Ver.di" həmkarlar ittifaqının başlatdığı tətildir.

Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, bütün reyslər ləğv edilib. Tətilin öncədən xəbər verilmədən başlandığını və bunun 40 mindən çox sərnişinin planlarına təsir etdiyini vurğulayıb.

Bildirilib ki, tətil sabah da davam edəcək.

"Ver.di" işçilərinin maaşlarında 8% artım, aylıq 350 avro əlavə ödəniş və 3 gün əlavə məzuniyyət tələb edib. İşəgötürənlər isə bu tələbləri maliyyə baxımından mümkünsüz hesab edərək rədd ediblər.

Tərəflər arasında danışıqlar martın 14-16-da Potsdamda davam etdiriləcək.

Diaspora