Fransa Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım ayırır

Fransa Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım ayırır backend

Fransa 2025-ci ildə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım göstərəcək.

QAZİLER.AZ  Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu  müsahibəsində deyib.

Nazirin sözlərinə görə, yardım paketinə 155 mm-lik mərmilər və AASM idarə olunan bombaları daxildir. Bu bombalar Ukraynaya tədarük edilən Mirage 2000 qırıcılarında istifadə oluna bilər.

Fransa həmçinin Ukraynaya AMX-10RC təkərli tankları və VAB yüngül zirehli nəqliyyat vasitələri göndərəcək.

Lekornu həmçinin Fransa istehsalı olan ilk Mirage 2000 qırıcılarının Ukraynaya çatdırıldığını açıqlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropanın dondurulmuş Rusiya aktivlərini Ukraynaya yönəltməsini tənqid edib və Moskvanın buna cavab verəcəyini bildirib.

Diaspora