Çinin elektrik avtomobil istehsalçısı “Xpeng” 2026-cı ilə qədər uçan avtomobilləri kütləvi istehsal edən dünyada ilk şirkət olmağı planlaşdırır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, şirkət Çində aşağı hündürlükdə uçuş strukturunu inkişaf etdirmək üçün oxşar planlar hazırlayır.
Çinin bu həftə dərc olunmuş 2025-ci il İqtisadi və Sosial İnkişaf Planına əsasən, bu il ölkə hakimiyyəti alçaq hündürlükdə uçan təyyarələrin istifadə dairəsini genişləndirməyi planlaşdırır.
“Xpeng” uçan avtomobil zavodunun tikintisini 2025-ci ilin üçüncü rübündə başa çatdırmağı hədəfləyir.