Ukrayna ABŞ ilə Səudiyyə Ərəbistanında danışıqların məhsuldar olacağını gözləyir və Ukraynanın maraqlarının nəzərə alınacağına ümid edir.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
“Biz Səudiyyə Ərəbistanında görüş hazırlayırıq. Əminəm ki, görüş məhsuldar olacaq: Biz Ukraynada bunu etməkdə qərarlıyıq. Biz Ukraynanın maraqlarının nəzərə alınması üçün hər şeyi edəcəyik” - deyə dövlət başçısı vurğulayıb.