Avropanın təhlükəsizliyini təmin etmək üçün sözügedən regionda yerləşən ölkələrin müdafiə büdcələrini artırmaq və hərbi texnika istehsalını genişləndirmək lazımdır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
"Təhlükəsizliyimizi təmin etmək üçün daha çox xərcləməli olacağıq. Biz həm də Atlantikanın hər iki tərəfində müdafiə istehsalımızı sürətlə artırmalıyıq”, - o vurğulayıb.
Qeyd edək ki, Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarı şəraitində müdafiə xərclərini artırmağa və Ukraynaya dəstəyi qoruyub saxlamağa çalışırlar.