Xəbər verdiyimiz kimi, Suriyanın Latakiya və Tartus şəhərlərində hökumətə tabe olan silahlı qüvvələrlə keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələr arasında qanlı toqquşmalar yaşanır.
Bəs bu toqquşmalar hansı prosesdən sonra baş verib?
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, Suriyada Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığındakı keçmiş “Dördüncü diviziya”nın briqada komandiri, general Qiyat Süleyman Dala martın 6-da bəyanat yayaraq, “Suriya Azadlıq Hərbi Şurası”nı qurduğunu və şuranın rəhbəri olduğunu açıqlayıb.
Dala ilk mesajında “Suriyanı azad etmək, mövcud rejimi devirmək, vahid, suveren Suriya dövləti qurmaq, dövlət qurumlarını milli və demokratik əsaslar üzərində yenidən təşkil etmək və köçkünlərin geri qayıtması üçün şərait hazırlamaq” sözləri ilə xalqı şuraya qoşulmağa çağırıb.
Bu çağırışdan sonra Suriyanın Latakiya və Tartus şəhərlərində toqquşmalar başlayıb.
Qeyd edək ki, hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.