Fransanın AFP xəbər agentliyi İŞİD-lə bağlı ilginc məlumat yayıb. Saytın verdiyi xəbərə görə, İŞİD noyabrın 13-də Parisdə 132 nəfərin öldüyü terror hadisəsi ilə paralel İstanbulda da terror aktı törətməyi planlaşdırıbmış.
Nəşr qeyd edir ki, Türkiyədə hazırlanan terrorun qarşısı zamanında alındığından İŞİD-in bu istəyi baş tutmayıb.
AFP bu məlumatı Türkiyə rəsmilərindən əldə etdiyini bəyan edib.
Adı açıqlanmayan türk rəsmisi AFP-yə “İŞİD-çilər Parislə eyni gündə İstanbulda da terror törətməyi planlaşdırdıqlarını etiraf ediblər. Keçirilən əməliyyat zamanı onların bu planının qarşısı alındı”-deyə bildirib.