Fransanın daxili işlər naziri Bernar Kaznev ölkə ərazisində nifrətin təbliğ olunduğu bütün məscidləri bağlamaq niyyətindədir. Bu barədə azvision.az Fransanın “Figaro” nəşrinə müsahibəsində bildirib.
“Həyat davam edir. Onlar bizi qorxutmaq istəyirlər. Lakin həyatın daha sakit şəkildə davam etməsi üçün tədbirlər görmək lazımdır”, - deyə “France 2” telekanalına müsahibəsində nazir vurğulayıb.O təsdiqləyib ki, nifrətin təbliğ edildiyi məscidlərin qapadılmasına dair işlərə başlayıb: “Bunları terror aktları ilə bağlı deyil. Sadəcə fövqəladə vəziyyət bizə daha tez hərəkət etməyə imkan verəcək”.