Norveçdə yaşayan azərbaycanlılar, türkiyəlilər və norveçlilər Güney Azərbaycanda İran dövlətinə günlərdir etiraz edənlərə dəstək məqsədi ilə İranın Oslodaki səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Bu barədə musavat.com-a aksiyanın təşkilatçıları xəbər veriblər.Bildirilir ki, noyabrın 15-də keçirlənən etiraz aksiyası Osloda fəaliyyət göstərən “Xəzər Yanar” dərnəyinin, GAQP və Azərbaycan Səsi Radiyosunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Bu barədə Norveçtə yaşayan soydaşlarımız, Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) sözcüsü Sərdar Əsədi və mailiyə məsulu Atabəy Nəcəfpur məlumat veriblər. Onlar bildiriblər ki, Güney Azərbaycanda baş vermiş aksiyaların davamı olaraq, millətimizin səsi ölkə sərhədlərindən kənara çıxıb və lazımdır ki, dünya ictimayətinə çatdırılsın...