Malta hökuməti Avropa Yayım Birliyinin onlara məxsus mahnının sözlərindən guya söyüş ifadəsini çıxarmaq qərarına etiraz etmək niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu barədə “The Malta Independent” məlumat yayıb.
Bir gün əvvəl AYB-nin maltalı ifaçı Miriana Kontenin mahnısında “kant” sözünü işlətməsini qadağan edib. Təşkilatın iddiasına görə bu söz ingilis dilində qadın cinsiyyət orqanı ilə bağlı olan söyüşə bənzəyir. Hansı ki “kant” Malta dilindən tərcümədə "oxumaq" deməkdir.
Maltanın mədəniyyət naziri Ouen Bonniçi AYB-nin qərarını Malta dilinə qarşı bədii senzura və diskriminasiya aktı adlandırıb.
“Qadağa tamamilə əsassız və qeyri-mütənasibdir, bu, Malta dilinə senzuradır. Dilimizdəki “kant” sözü gözəl və müsbət sözdür, senzuraya layiq deyil”, - deyə siyasətçi bildirib.
Bonniçinin sözlərinə görə, Malta mahnı müsabiqəsindən çıxmaq niyyətində deyil, lakin AYB-nin qərarına etiraz etmək üçün bir sıra addımlar atacaq.
Qeyd edək ki, “Eurovision-2025” beynəlxalq mahnı müsabiqəsi mayın 13-dən 17-dək İsveçrədə keçiriləcək.
QAZİLER.AZ