"Kiyevlə münasibətlər qurmaq Moskva ilə müqayisədə qat-qat çətindir".
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Donald Tramp Oval evdə açıqlaması zamanı deyib.
Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin sülh yolu ilə nizamlanma istəyinə inandığını bildirib.
Bundan əlavə, Tramp bəyan edib ki, öz dəyərləndirməsində Ukrayna tərəfinin münaqişənin uğurlu həllinə nail olmaq üçün əlində kifayət qədər imkanlar yoxdur.
Fevralın sonunda Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, ABŞ ilə danışıqlarda Ukrayna münaqişəsi məsələsi əsas deyil. O, Ər-Riyadda baş tutan görüşün Rusiya və Amerika arasında ikitərəfli münasibətlərə həsr olunduğuna aydınlıq gətirib. Putin əlavə edib ki, dialoq zamanı Ukrayna böhranı mövzusu qısa şəkildə müzakirə olunub. Putinin sözlərinə görə, tərəflər gələcəkdə bu problemin həllinə qayıtmaq barədə razılığa gəliblər.
QAZİLER.AZ