Almaniyada ən azı 16 hindistanlı turist göldə buzun altına düşüb.
Qaziler.az bildirir ki, bu barədə REN TV Telegram kanalında məlumat verilib.
Hadisə Bavariya federal əyalətində baş verib. Üç nəfərin tamamilə su altında qaldığı, bəzilərinin isə kəskin hipotermi olduğu qeyd edilib. Qalanlar özləri buzun üstünə çıxa biliblər.
Zərərçəkənlərdən biri hətta reanimasiyaya yerləşdirilməli olub. Turist ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. Turistləri xilas etmək üçün əməliyyata bir neçə polis helikopteri cəlb edilib.
QAZİLER.AZ