Rumıniyada 101 yaşlı general dövlət çevrilişi hazırlamaqda şübhəli bilinir

Rumıniyada 101 yaşlı general dövlət çevrilişi hazırlamaqda şübhəli bilinir backend

Rumıniyada hüquq-mühafizə orqanlarının əməkdaşları 101 yaşlı istefada olan general-mayor Radu Teodoru dövlət çevrilişi hazırlamaqda şübhəli bilirlər.

Qaziler.az bildirir ki, bu barədə martın 6-da "Europa Liberă România" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Mütəşəkkil Cinayətkarlığın və Terrorizmin Araşdırılması üzrə Milli İdarə (DIICOT) general-mayor da daxil olmaqla 6 nəfərdən şübhələnir. Materialın müəlliflərinin müəyyən etdiyi kimi, özünü hərbi struktur kimi inkişaf edən qanuni təşkilat kimi tanıdan qrupa məhz o, rəhbərlik edib.

Qeyd olunur ki, Teodora saxlanılmayıb, lakin qızı sosial şəbəkələrdə müstəntiqlərin onunla görüşdüyünü bildirib.

QAZİLER.AZ

Diaspora