ABŞ Sərhəd Patrulu Puerto Riko sahillərində rusların olduğu qayığı saxlayıb
Puerto-Rikonun qərb sahillərində qeyri-qanuni yolla ölkəyə daxil olmağa cəhd edən iki rusiyalı saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə ABŞ Sərhəd Xidməti məlumat yayıb.
“Agentlər iki xarici mühərriki olan 15 futluq qayığı ələ keçirərək həbs etdilər. Gəminin göyərtəsində beş miqrant olub: Dominikan Respublikasından üç kişi, Rusiyadan olan bir kişi və bir qadın”, - departamentdən bildiriblər.
Məlum olub ki, Dominikan Respublikasından olan bir nəfər əvvəllər cinayət törətdiyinə görə ABŞ-dan deportasiya edilib. Rusiyalılarlar əlavə araşdırma üçün ABŞ Daxili Təhlükəsizlik Departamentinə təhvil verilib.
QAZİLER.AZ