Norveç Ukraynaya dəstək proqramı üçün maliyyəni artıracaq. Ümumi maliyyələşdirmə 7 milyard dolları keçəcək.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Ali Radasına istinadən məlumat yayıb.
Bu gün Ukrayna parlamentinin nümayəndə heyəti Norveçin baş naziri Jonas Qar Storenin çıxışında iştirak edib və o, Ukraynaya dəstək verən əsas məqamları ifadə edib:
zəif atəşkəs yalnız Rusiyaya yenidən bgüclənmək üçün vaxt verəcək, lakin davamlı sülhü təmin etməyəcək;
Avropa və xüsusilə Norveç öz müdafiəsini və Ukraynaya dəstəyini müstəqil şəkildə gücləndirməlidir;
Avropa ölkələri Ukraynanın maraqlarını nəzərə alan ümumi sülh planını koordinasiya edir.
"Baş nazirlə Stortinqin siyasi partiyaları arasında keçirilən görüş nəticəsində bu il "Ukrayna üçün Nansen" proqramının maliyyələşdirilməsi 3,2 milyard dollardan 7,7 milyard dollaradək artırılacaq", - Rada bildirib.
QAZİLER.AZ