ABŞ prezidenti Donald Tramp ÜDM-nin müəyyən faizini müdafiəyə xərcləyən NATO üzvlərinə güzəştlərin verilməsi imkanını müzakirə edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna NBCnews-a istinadən xəbər verir.
Yüksək rütbəli keçmiş ABŞ rəsmilərinin sözlərinə görə, Tramp ABŞ-ın Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) iştirakında əhəmiyyətli dəyişikliklər etməyi düşünür.
NBCnews mənbələri bildiriblər ki, Tramp köməkçiləri ilə ümumi daxili məhsulunun (ÜDM) müəyyən faizini müdafiəyə xərcləyən alyans üzvlərinə üstünlük vermək üçün ABŞ-ın NATO-da iştirak səviyyəsini tənzimləmək imkanını müzakirə edib.
QAZİLER.AZ