Ər-Riyadda keçiriləcək ABŞ-Ukrayna görüşünün təfərrüatları məlum olub

Ər-Riyadda keçiriləcək ABŞ-Ukrayna görüşünün təfərrüatları məlum olub backend

ABŞ və Ukraynanın nümayəndə heyətləri atəşkəsə nail olmaq üçün martın 11-də Ər-Riyadda görüşərək bütün səyləri müzakirə edəcəklər.

Qaziler.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən yazır.

Amerika nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols daxildir. Ukrayna nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Andrey Yermak başçılıq edəcək.

QAZİLER.AZ

Diaspora