ABŞ və Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında görüşəcək

ABŞ və Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında görüşəcək backend

ABŞ nümayəndə heyəti martın 11-də Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak da daxil olmaqla, ukraynalılarla görüşmək üçün Ər-Riyada səfər edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Fox News” jurnalisti “X” sosial şəbəkəsində məlumat dərc edib.

Qeyd olunub ki, nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts daxil olacaq.

Martın 6-da Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş keçiriləcəyini bildirib.

QAZİLER.AZ

Diaspora