ABŞ-nin İran neftinin ixracını azaldacaq planı ortaya çıxıb

ABŞ-nin İran neftinin ixracını azaldacaq planı ortaya çıxıb backend

Tramp administrasiyası İranın neft ixracını kəskin şəkildə azaltmaq məqsədilə dənizdə İran tankerlərini dayandırıb yoxlamağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ağ Ev ABŞ-nin müttəfiqlərinə strateji əhəmiyyətli qlobal dəniz yollarından keçən gəmiləri ələ keçirməyə imkan verəcək mexanizmlər hazırlayır. ABŞ Milli Təhlükəsizlik Şurası da İran tankerlərinin dənizdə yoxlanılması imkanlarını araşdırır.

Ekspertlər hesab edirlər ki, bu cür aqressiv hərəkətlər İranın ixracını gündə 750 min barel azalda bilər, lakin zaman keçdikcə Tehran buna uyğunlaşacaq və məhdudiyyətlərdən yan keçməyin yolunu tapacaq.

QAZİLER.AZ

Diaspora