Cənubi Koreyaya atılan hava bombası kameralara düşüb - VİDEO

Cənubi Koreyaya atılan hava bombası kameralara düşüb - VİDEO backend

Cənubi Koreyanın Pxoçxon şəhərində yaşayış məntəqəsinə təsadüfən atılan hava bombasının görüntüləri yayılıb.

Qaziler.az xəbər verir ki, faciəvi hadisənin videosunu “Yonhap” agentliyi yayıb.

“Partlayışdan yaranan sarsıntı o qədər güclü idi ki, bütün şəhər güclü sarsıntı hiss edib. Partlayış nəticəsində qırılan ağac budaqları hər yerə səpələnib, xaos yaranıb. Şahidlərin sözlərinə görə, bomba düşəndən sonra hadisə yerini tüstü basıb”, - nəşr yazıb.

Agentliyin məlumatına görə, beş yaşayış binasına və kilsəyə ziyan dəyib.

Qeyd edək ki, martın 6-da ABŞ və Cənubi Koreyanın birgə təlimlərində iştirak edən iki KF-16 qırıcısı səhvən Seuldan 42 kilometr şimal-şərqdə, Pxoçxondakı Sınçjin poliqonunun kənarına 8 MK-82 idarə olunmayan bomba atıb. Hərbçilərin səhv koordinatlar təyin etdikləri bildirilib. Hadisə nəticəsində 15 nəfərin xəsarət aldığı deyilir.

QAZİLER.AZ

Diaspora