Britaniyanın “Storm Shadow” raketləri Ukraynada yararsız olub

Britaniyanın “Storm Shadow” raketləri Ukraynada  yararsız olub backend

Britaniya istehsalı olan “Storm Shadow” qanadlı raketləri Amerika kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsi dayandırıldıqdan sonra Ukrayna Silahlı Qüvvələri üçün yararsız hala düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.

“Prezident Tramp ABŞ kəşfiyyatının məlumatları müttəfiqləri ilə paylaşılmasını əngəllədiyinə görə, Britaniya tərəfindən təchiz edilmiş “Storm Shadow” raketləri Ukraynada yararsız olub”, - nəşrdə qeyd olunub.

Qəzet vurğulayıb ki, “Storm Shadow” raketlərini idarə etmək üçün ABŞ-nin ötürəcəyi kəşfiyyat məlumatlarına ehtiyac var.

QAZİLER.AZ

Diaspora