Kallas Marko Rubionun onunla görüşməkdən imtina etdiyini təkzib etmədi

Kallas Marko Rubionun onunla görüşməkdən imtina etdiyini təkzib etmədi backend

Brüssel və Vaşinqton müttəfiqdir, lakin amerikalıların gözündə güclü tərəfdaş kimi görünmək üçün Avropa güclənməlidir.

Qaziler.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas ABŞ dövlət katibi Marko Rubio ilə görüşün uğursuzluğunu şərh edərkən bildirib. Onun sözlərini “Yevropeyskaya Pravda” nəşri sitat gətirib.

Məqalədə qeyd olunur ki, Kallas jurnalistin Marko Rubionun onunla görüşdən “imtina etməsi” ilə bağlı dediklərini təkzib və ya düzəliş etməyib.

“Biz çox uzun müddətdir müttəfiqiyik və buna əsaslanmalıyıq. Düşünürəm ki, [ABŞ] administrasiyası da bizdən daha güclü olmağımızı gözləyir. Və Avropa güclənəndə biz də onların gözündə daha güclü tərəfdaş olacağıq", - Kallas deyib.

O, bir daha qeyd edib ki, Avropa Ukrayna üzrə danışıqlar prosesində tamhüquqlu iştirakçı olmalıdır və  onun “masaya qoyula biləcək” təklifləri var.

QAZİLER.AZ

Diaspora