Litva kassetli sursatların qadağan edilməsinə dair konvensiyadan çıxdı

Litva kassetli sursatların qadağan edilməsinə dair konvensiyadan çıxdı backend

Litvanın əvvəllər qəbul etdiyi Kassetli hərbi sursatların istehsalı, istifadəsi və əldə edilməsinin qadağan edilməsi haqqında Konvensiyadan çıxmaq barədə qərarı qüvvəyə minib.

Qaziler.az xəbər verir ki, bu barədə Litva Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərar Vilnüs tərəfindən bir neçə ay əvvəl, keçən ilin iyulunda verilib.

“Litva Kassetli silahlara dair konvensiyadan çıxması barədə hüquqi səalhiyyət əldə edib”, - bəyanatda qeyd edilib.

Bundan əlavə, Litva piyada əleyhinə minalara dair Ottava Konvensiyasından çıxmaq imkanını da nəzərdən keçirir.

QAZİLER.AZ

Diaspora