Liviyada cihad vergisi ləğv edilib

Liviyada cihad vergisi ləğv edilib backend

Liviya Ali Məhkəməsinin Konstitusiya Palatası Liviya Cihad Fondu üçün üç faiz vergi tutulmasını nəzərdə tutan 1970-ci ildə qəbul edilmiş qanunu ləğv edib.

Bu barədə “Libya al-Ahrar” telekanalı məlumat yayıb.

Beləliklə palatanın qərarına əsasən, işçilərin maaşından cihad vergisinin tutulması dayandırılacaq.

Qeyd olunur ki, üç sözügedən vergi maaşı 100 Liviya dinarından (200 dollar) çox olan bütün ölkə vətəndaşlarına şamil edilirdi.

Ləğv edilmiş qanuna əsasən, pullar fonda İslam dünyasının müstəmləkəçi dövlətlərə qarşı cihadına dəstək məqsədi ilə köçürülüb.

APA

Diaspora