ABŞ girovları azad etmək üçün HƏMAS ilə gizli danışıqlar aparır - "Reuters"

ABŞ girovları azad etmək üçün HƏMAS ilə gizli danışıqlar aparır -  "Reuters" backend

ABŞ prezidenti Donald Trampın administrasiyası Fələstinin Həmas qruplaşması ilə Qəzza zolağında saxlanılan amerikalı girovların azad edilməsinin mümkünlüyü ilə bağlı gizli danışıqlar aparır.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyi xəbər verir.

Mənbələrin agentliyə verdiyi məlumata görə, ABŞ-ın girovların işi üzrə xüsusi elçisi Adam Boehler son həftələr Qətərin paytaxtı Dohada HƏMAS ilə birbaşa danışıqlar aparır.

ABŞ son vaxtlara qədər silahlı qrupla birbaşa danışıqlardan yayınırdı.

HƏMAS 1997-ci ildən xarici terror təşkilatları siyahısındadır.

QAZİLER.AZ

Diaspora