ABŞ-ın Florida ştatında çayda timsahın hücumuna məruz qalan qadının yaxınlıqdakı insanların köməkliyi ilə sahilə aparıldığı və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının açıqlamasında bir qadının Lakeland bölgəsində timsahın hücumu zamanı dirsəyindən yaralandığı bildirilib.
Bildirilib ki, komissiyası əməkdaşları vətəndaşların verdiyi koordinatların köməyi ilə hadisə yerinə gəlib və qadını təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.
Florida ABŞ-da alliqator hücumlarının ən çox olduğu ştatlardan biri kimi tanınır.
Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının məlumatına görə, Floridada alliqatorlardan ciddi xəsarətlər olsa da, onların nadir hallarda baş verdiyi bildirilir.
QAZİLER.AZ