Panama prezidenti Xose Raul Mulino amerikalı həmkarı Donald Trampı ABŞ-nin Panama kanalına nəzarəti bərpa etməyə başladığını dediyi üçün yalançı adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsində yazıb.
Tramp Konqresdə 1,5 saat danışıb və Amerika üçün “qızıl dövr” vəd edib. Ağ Ev rəhbəri çıxışında Panama kanalı ilə bağlı vəziyyətə toxunub və kanal limanlarının Amerika şirkəti tərəfindən alınmasına dair razılaşmaya toxunub.
“Prezident Tramp yenə yalan danışır. Panama kanalı heç kimin nəzarətinə verilmə prosesində deyil və daha çox, bu, [ABŞ] dövlət katibi Marko Rubio və ya başqası ilə söhbətlərimizdə belə müzakirə olunmayıb”, - Panama lideri bildirib.
Mulino vurğulayıb ki, Panama və ABŞ hökumətləri arasında əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlər üzrə aydın razılaşmalara əsaslanır.
QAZİLER.AZ