Ağ Ev: "Ukrayna ilə danışıqların yeri və tarixini müzakirə edirik"

Ağ Ev: "Ukrayna ilə danışıqların yeri və tarixini müzakirə edirik" backend

"Hazırda ABŞ Ukrayna ilə danışıqlar üçün görüşün yeri və tarixini müzakirə edir".

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols “Fox News” telekanalına müsahibəsində bildirib.

"Biz Ukrayna ilə yer və tarix, danışıqlar qruplarının tərkibi haqqında danışırıq... Sülh danışıqları aparacağımızı söyləmək üçün müsbət addım atılıb", - Ağ Ev rəsmisi bildirib.

Bir neçə saat əvvəl CNN ABŞ prezidenti Donald Trampın nümayəndələrinin Ukrayna prezidenti Volodimir Zelenski ilə gizli danışıqlar apardığını bildirib. Müəlliflərin fikrincə, görüş zamanı yüksək rütbəli amerikalı məmurlar Vaşinqtonla münasibətlərin tezliklə sabitləşməsinin vacibliyini vurğulayaraq, Kiyevi danışıqları bərpa etməyə çağırıblar.

QAZİLER.AZ

Diaspora