“Apple” bu gün Böyük Britaniya hökumətinin “iCloud” istifadəçilərinin şifrələnmiş məlumatlarına gizli girişi əldə etmək tələbinə etiraz edərək Britaniyanın İstintaq Səlahiyyətləri Tribunalına qarşı iddia qaldırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bu ilin əvvəlində Böyük Britaniya hökuməti İstintaq Səlahiyyətləri Aktından istifadə edərək, “Apple”dan bütün dünyada iCloud-da saxlanılan şifrələnmiş istifadəçi məlumatlarına gizli giriş imkanı verən “back door” yaratmağı xahiş edib. “Apple” bu tələbi yerinə yetirməkdən imtina edib.
Bunun qarşılığında “Apple” hökumətə şifrələnmiş məlumatlara giriş icazəsi verməmək üçün Böyük Britaniyada “iCloud” istifadəçiləri üçün “Təkmilləşdirilmiş Məlumat Qoruması” funksiyasını söndürmək qərarına gəlib.
QAZİLER.AZ