Ukrayna silah üçün Cənubi Koreyaya müraciət edib

Ukrayna silah üçün Cənubi Koreyaya müraciət edib backend

Ukrayna Cənubi Koreyadan növbəti dəfə silah satmağı xahiş edib.

Qaziler.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “News1” agentliyi ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

"Ukrayna bu yaxınlarda hökumətimizə silah almaq istədiyini bildirib", - nəşr yazır.

Agentliyin məlumatına görə, müvafiq müraciət ABŞ-nin bu yaxınlarda Kiyevə yardımdan imtina etməsi fonunda ukraynalılardan gəlib. ABŞ administrasiyasının bu qərarından sonra Ukraynanın silaha olan ehtiyacı daha da aktuallaşıb.

Agentlik Cənubi Koreya hakimiyyətinin Kiyevin yeni sorğusuna nə cavab verdiyini dəqiq öyrənə bilmədiklərini açıqlayıb. Bununla belə, jurnalistlər silah sövdələşmələrinin hazırda mümkün olmadığını yazıblar.

QAZİLER.AZ

Diaspora