Serbiya 9 May Qələbə Gününü qeyd etməyəcək?

Serbiya 9 May Qələbə Gününü qeyd etməyəcək? backend

Serbiya Qərbin siyasi təzyiqlərinə baxmayaraq, 9 May Qələbə Gününü qeyd etməkdən heç vaxt vaz keçməyəcək.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin məlumat verib.

“Biz qalib gəldiyimizi bilirik. Biz də əcdadlarımızın etdiklərini edəcəyik. Biz bu möhtəşəm gündə birlikdə olacağıq, çünki bu, bizim Böyük Qələbəmizdir”, - Vulin bildirib.

O qeyd edib ki, bu kontekstdə bütün Qərb 3 ildir ki, Serbiyaya təzyiq göstərir. Ölkə hökumətindən Rusiyaya qarşı sanksiyalar tətbiq etmək tələb olunur, lakin Vulinin vurğuladığı kimi, Serbiya hakimiyyəti buna razı olmayıb.

Siyasətçi həmçinin bildirib ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Qələbə Paradında Moskvada olmaq və Rusiya Prezidenti Vladimir Putinlə görüşməkdən şərəf duyacaq.

QAZİLER.AZ

Diaspora