Medvedev Zelenski və Aİ liderlərini 7 dəfə təhqir edib

Medvedev Zelenski və Aİ liderlərini  7 dəfə təhqir edib backend

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna lideri Volodimir Zelenskini və Avropa liderlərini yeddi dəfə təhqir edib.

Qaziler.az xəbər verir ki, Medvedev bunu “VKontakte” sosial şəbəkəsindəki paylaşımda yazıb.

Paylaşımında o, qonşu ölkənin prezidentini “yarımçıq fürer”, “təvazökar narkotik klounu” və “legitimliyini itirmiş xoxan” adlandırıb.

Medvedev Aİ liderlərini Zelenskinin “yazıq himayədarları” və Avropanı isə “protez dişlərini nümayiş etdirən qoca qarı” adlandırıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini geosiyasi məkanı “soyuq Avropa” adlandırıb.

Eyni zamanda Medvedev bəyan edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Avropa ölkələrinin irəli sürdüyü planlar boşdur. O, Londonda keçirilən və 10-dan çox Aİ və NATO üzvü olan ölkə liderlərinin iştirak etdiyi sammiti belə şərh edib. Siyasətçinin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron iki strategiya təklif etsələr də, onların həyata keçirilməsi mümkün deyil.

QAZİLER.AZ

Diaspora